Kateqoriyasız

AZAL-dan rəsmi mövqe gəldi: ” Hal-hazırda ilk pillədə qərarlaşan klubu gözü götürməyənlərdi ki…”

“Bunları sizə kim deyirsə AZAL futbol klubunun imicinə zərər gətirmək üçün edir”.

Bu sözləri idmanxeber.com saytına açıqlamasında AZAL-ın mətbuat xidmətinin rəhbəri Eldəniz Yusifov deyib.

Klub rəsmisi bildirib ki, AZAL-da heç bir yaş qrupu üzrə futbolçuların komandaya qoşulması üçün pul istənilmir. Bu informasiyalar AZAL-ı sevməyən qüvvələrin işidi:

“Bizim aşağı yaş qrupları üzrə sekrotun rəhbəri ingilisdi. O, çox güclü mütəxəssisdi. Hal-hazırda ilk pillədə qərarlaşan klubu gözü götürməyənlərdi ki, bu cür informasiyalar yayırlar. Bizim klub olaraq gələcək üçün planlarımız var. Premyer Liqanın lideriyik və bütün diqqətimizi yaxşı uğurlar əldə etmək üçün yönəltmişik. Əgər hansısa fuitbolçunun şikayəti, təklifi varsa klub rəhbərıliyinə müraciət edə bilər. Əgər həmin futbolçunun adı açıqlanmırsa biz bunu şər-böhtan kimi qələmə veririk”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43