Kateqoriyasız

AZAL hazırlıqlara start verdi

AZAL 2015/2016 mövsümünün hazırlıqlarına start verib.

İdmanxeber.com-un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komanda bu gündən başlayaraq yeni mövsümə hazırlaşacaq.

Klubun Şüvəlandakı bazasında baş tutan ilk məşqdə əsasən yerli oyunçular və əvəzedici komandanın bəzi futbolçuları iştirak edib.

Legionerlərdən isə Viktor İqbekoyi məşqə başlayıb. Digər əcnəbi futbolçular yaxın günlərdə düşərgəyə qoşulacaq. Həftəlik tsikli Şüvəlanda keçirəcək AZAL həftəsonu yoxlama matçı keçirməyi də nəzərdə tutub. Hələlik rəqibin kimliyi bəlli deyil.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43