Kateqoriyasız

AZAL hazırlıqları davam etdirir

AZAL hazırlıqları davam etdirir. Paytaxt klubu Şüvəlandakı bazasında hazırlaşır.

Ötən gün ikitərəfli oyun keçirilib. Həm düşərgəyə yeni qoşulanların, həm də əvəzedici komandanın bəzi üzvlərinin də qatıldığı görüşdə müxtəlif səbəblərdən Ruslan Məcidov, Viktor İqbekoyi, Rəşad Abdullayev və Freddi Mombonqo iştirak etməyib.

Görüş isə “qırmızılar”ın “yaşıllar” üzərində 2:0 hesablə qələbəsi ilə yekunlaşıb. Qolları ötəm gün doğum gününü qeyd edən Xuanfran və Aydın Qasımov vurub. Hər iki qol ötürməsi isə yeni transfer Nicat Qurbanovun aktivinə yazılıb.

Qeyd edək ki, plana görə növbəti yoxlama matçı yanvarın 15-də keçirilməlidir. Hələ ki, rəqibin kimliyi müəyyənləşməyib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43