Ölkə futbolu

AZAL ilk yoxlama matçını keçirdi: növbəti rəqib qeyri-müəyyən qalır

AZAL hazırlıqları davam etdirir. Komanda Şüvəlandakı bazasında hazırlaşır. Bu gün isə ikitərəfli oyun keçirilib. Həm düşərgəyə yeni qoşulanların, həm də əvəzedici komandanın bəzi üzvlərinin də qatıldığı görüşdə müxtəlif səbəblərdən Ruslan Məcidov, Viktor İqbekoyi, Rəşad Abdullayev və Freddi Mombonqo iştirak etməyib.

Görüş isə “qırmızılar”ın “yaşıllar” üzərində 2:0 hesablə qələbəsi ilə yekunlaşıb. Qolları bu gün doğum gününü qeyd edən Xuanfran və Aydın Qasımov vurub. Hər iki qol ötürməsi isə yeni transferi Nicat Qurbanovun aktivinə yazılıb.

Qeyd edək ki, plana görə növbəti yoxlama matçı yanvarın 15-də keçirilməlidi. Hələ ki rəqibin kimliyi müəyyənləşməyib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43