Kateqoriyasız

AZAL-ın baş məşqçisi: “Komandada heç kimin oyunundan razı qalmadım”

AZAL Topaz Premyer Liqasının V turunda “Qarabağ”a 0:3 hesabı ilə uduzdu.

İdmanxeber.com-un məlumatına görə, AZAL klubunun baş məşqçisi Tərlan Əhmədov məğlub olduğları matçı belə şərh edib:

“Millinin oyunları ilə əlaqədar olaraq yaranmış fasilə bizə mənfi təsir göstərdi. Eyni zamanda, ola bilər ki, “Qarabağ” adı futbolçularımda müəyyən həyəcan yaratmışdı. Heyətdə müəyyən problemlər var. Amma yaxın vaxtlarda bunlar həllini tapacaq. Ruslan Məcidov və Tomi Kostadinov sıraya dönürlər. Yerli futbolçulardan Təmkin hələ heyətə uyğunlaşmayıb. İstedadlı oyunçudur, amma özünü göstərə bilmədi. Komandada heç kimin oyunundan razı qalmadım. “Qarabağ”a Avropa Liqasının qrup oyunlarında uğurlar arzu edirəm”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43