Ölkə futbolu

AZAL-ın daha iki rəqibi bəlli oldu

Təlim-məşq toplanışını Bakıda keçirən AZAL artıq 3 yoldaşlıq oyunu keçirib. 

İdmanxeber.com-un məlumatına görə, ilk 2 matçda “sülh” bağlayan (“Qaradağ Lökbatan” – 2:2, “Sumqayıt” – 0:0) komanda bazar ertəsi “Sumqayıt” üzərində qələbə qazanıb – 1:0.

Bu gün “Bakı” ilə qarşılaşacaq “təyyarəçilər” daha bir oyun keçirməyi məqsədəuyğun bilib. Yanvarın 24-də “AZAL Arena”da baş tutacaq görüşdə rəqib I divizion təmsilçisi “Şuşa” olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43