Premyer Liqa

AZAL-ın ən uğursuz seriyası

Bakının AZAL klubu antirekorda imza atıb. Sonuncu qələbəsini Topaz Premyer Liqasının 6-cı turunun “Qarabağ”la səfər oyununda qazanan (1:0) paytaxt təmsilçisi həmin vaxtdan qalib gələ bilmir. Son turda “Qəbələ” ilə səfər oyununda məğlub olan Vaqif Sadıqovun yetirmələri (0:1) 9 məğlubiyyətlə AZAL tarixinin ən uğursuz seriyasına imza atıb.

2005/06 mövsümündən güclülər dəstəsində çıxış edən komanda indiyədək ən pis halda ardıcıl 8 qarşılaşmada qələbəyə həsrət qalmışdı. AZAL 2 dəfə belə seriya yaşayıb. Onlardan biri 2005/06 mövsümündə qeydə alınıb və 2006-cı il martın 12-də “Göyəzən” üzərində 2:0 hesablı qələbə ilə başa çatıb. Həmin mövsüm başlayıb və növbəti çempionatda başa çatan digər seriya isə 2006-cı il avqustun 21-də “Turan”ı bir cavabsız qolla məğlub etdikdə qırılıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43