Ölkə futbolu

AZAL-ın futbolçuları hakimlərlə görüşüb – FOTO

Bu gün AZAL-ın futbolçuları ilə hakimlər arasında görüş keçirilib. 

İdmanxeber.com-un məlumatına görə,  AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov və FİFA referisi Orxan Məmmədov komandanın üzvlərinə hakimlik və oyun qaydalarından dərs keçiblər. 

Təxminən 2 saat ərzində Xaqani Məmmədov və onun rəhbərlik etdiyi nümayəndə heyəti oyun qaydalararında edilən yeniliklərdən söhbət açıb və əyani vasitələrlə, foto-video görüntülərlə şərh veriblər. 

AZAL-ın üzvləri görüşdə fəallıq göstərib və konkret epizodlar üzrə suallar veriblər. Sonda onu da qeyd edək ki, baş məşqçi Tərlan Əhmədov və Xaqani Məmmədov belə görüşlərin hər ay planlaşdırılıb keçirilməsi üçün razılığa gəlib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43