Ölkə futbolu

AZAL-ın futbolçusu “Sumqayıt”da

“Sumqayıt” Futbol Klubu 2016/2017 mövsümü üçün növbəti transferini həyata keçirib.

İdmanxeber.com-un məlumatına görə, komanda son olaraq AZAL-da çıxış etmiş Kamal Mirzəyevi heyətinə qatıb. 22 yaşlı dayaq yarımmüdafiəçi komandailə 1 illik müqavilə imzalayıb.

Kamal klub olaraq AZAL-la “Qəbələ”də çıxış edib və Azərbaycanın U-17, U-19 və U-21 millilərinin şərəfini qoruyub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43