Ölkə futbolu

AZAL-ın yubiley məğlubiyyəti

Azərbaycan Premyer Liqasının XXVII turunda “Kəpəz”lə qarşılaşan AZAL öz meydanında 1:2 hesabı ilə məğlub olub.

İdmanxeber.com-un məlumatına görə, bu yenilgi paytaxt təmsilçisinin tarixinə mənfi mənada yubiley kimi düşüb. Bakılılar ev oyunlarında 50-ci dəfə məğlub olub. Bu qarşılaşmayadək 49 dəfə öz meydanında uduzan AZAL mövsümün son ev oyununda 100-ü yarılayıb.

2005/06 mövsümündən güclülər dəstəsində çıxış edən komanda öz meydanında ümumilikdə 180 oyun keçirib. 82 qələbə və 48 heç-heçəsi olan paytaxt klubu 231 qol vurub, 160-nı buraxıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43