Ölkə futbolu

AZAL “İnter”ə uduzdu – YENİLƏNİB

Bu gün Topaz Premyer Liqasında VI turun oyunları start götürəcək.

İdmanxeber.com-un məlumatına görə, ilk oyun günündə 1 qarşılaşma keçiriləcək. Turun açılış matçı Şüvəlanda oynanılacaq.

Mövsümə uğursuz başlayan AZAL “İnter”i sınağa çəkəcək. 5 turdan sonra çempionatda qələbə sevinci dadmayan yeganə komanda olan “təyyarəçilər” ilk 3 xalını “İnter”lə oyunda əldə etməyə çalışacaq.

Zaur Svanadzenin komandası isə qələbə qazanmaqla, həm ən azı 1 günlük lider olacaq, həm də ilk dövrəni ilk “üçlük”də bitirməyi təmin edəcək.

 

Topaz Premyer Liqası

VI tur

24 sentyabr (şənbə)

16:00 AZAL – “İnter” – 1:3 (İkinci hissə)
Qollar: Nizami Hacıyev, 45+1 (0:1), Nuqzar Kvirtiya, 54 (1:1), Rauf Əliev, 63 (1:2), Ağabala Ramazanov, 64 (1:3)

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Akif Əmirəli

Əlavə köməkçi hakimlər: Fariz Yusifov, Rauf Cabbarov

AFFA nümayəndəsi: Eldəniz Musayev

Hakim-inspektor: Məlik Həsənov

“AZAL Arena”

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43