Ölkə futbolu

AZAL PFL-ə məktub göndərdi

Premyer Liqanın 20-ci turu çərçivəsində keçirilən AZAL-“Sumqayıt” oyununda baş hakim Elvin Əsgərovun idarəçiliyindən narazı qalan AZAL PFK-nın rəhbərliyi bununla bağlı PFL-ə məktub göndərib. Məktubda klub rəsmiləri hakim Elvin Əsgərovun müəyyən oyun epizodlarında çıxardığı qərarlarla razılaşmadığını bildirərək onun idarəçiliyinə düzgün qiymət verilməsini xahiş ediblər. Çox güman AFFA-nın Nizam-İntizam Komitəsinin iclasında bu məsələyə baxılacaq və hakimin qərarlarına qiymət veriləcək.(klub saytı)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43