Premyer Liqa

AZAL və “Kəpəz” qalib gəldi (YENİLƏNİB)

Bu gün Azərbaycan Premyer Liqasında 32-ci tura start veriləcək.

İdmanxeber.com-un məlumatına görə, ilk oyun günündə 2 qarşılaşma baş tutacaq.

Öncə Gəncədə "Kəpəz" "Rəvan"ı qəbul edəcək. Avropa Liqasına getmək üçün mübarizə aparan Şahin Diniyevin rəhbərlik etdiyi komanda paytaxt klubunu məğlub etməyə çalışacaq. "Rəvan" isə növbəti 3 xalını qazanmaqla "Xəzər Lənkəran"dan bir qədər də uzaqlaşmağa çalışacaq.

Günün digər matçınd aisə avrokuboklara iddialı AZAL "Xəzər Lənkəran"ı qəbul edəcək.

Azərbaycan Premyer Liqası

32-ci tur

30 aprel (şənbə)

15:00. “Kəpəz” – “Rəvan” – 3:2

Hakimlər: Rəvan Həmzəzadə, Elman Musayev, Vüqar Bayramov, Mahir Məmmədov.

AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.

Hakim-inspektor: Murad Məmmədov.

Gəncə şəhər stadionu.

17:30. AZAL – “Xəzər Lənkəran” – 1:0

Hakimlər: Ramil Diniyev, Rahil Ramazanov, Vüsal Qənbərov, Rəhim Həsənov.

AFFA nümayəndəsi: Ramiz Mustafayev.

Hakim-inspektor: Əli Hüseynov.

Bakı. "AZAL Arena"


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43