Ölkə futbolu

AZAL “Xəzər Lənkəran”ın azad agent statusu almış futbolçusunu transfer etdi

Mövsümün ikinci yarısına hazırlaşan AZAL PFK komandanın gücləndirilməsi yolunda növbəti addımı atıb.

İdmanxeber.com-un məlumatına görə, komanda 4 futbolçunun keçidini rəsmiləşdirib. Bunlar son klubu “Araz Naxçıvan” olmuş Azər Məmmədov və Ruslan Nəsirli, son olaraq “Xəzər Lənkəran”da çıxış etmiş Aleksandr Şemonayev və ukraynalı legioner Valeri Kutsenkodur. Bütün futbolçularla 1,5 illik müqavilə imzalanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43