Dünyadan

Azarkeş futbolçunu meydanda öldürdü

Argentinada keçirilən matç futbolçunun ölümü ilə nəticələnib.

İdmanxeber.com-un məlumatına görə, “Tiro Federal” – “Çakarita Juniors” qarşılaşması zamanı qonaq komandanın səkkiz futbolçusu hakim tərəfindən qırmızı vərəqə alaraq oyundan qovulub. Bu səbəbdən matç təxirə salınıb. “Tiro Federal”ın kapitanı Franko Antonio Nieto stadiondan çıxan zaman rəqib komandanın azarkeşləri tərəfindən başına zərbə alıb. 33 yaşlı kapitan xəstəxanaya çatdırılısada dünyasını dəyişib.

Qeyd edək ki, bu hadisəyə görə polis üç nəfəri həbs edib


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43