Kateqoriyasız

Azarkeş “Liverpul”un qapıçısını zədələdi

UEFA Superkubokunun qalibi adını qazanan “Liverpul”un qapıçısı Adrian zədələnib.

İdmanxeber.az-ın məlumatına görə, final görüşündən sonra azarkeşlərdən biri qələbəni qeyd edərkən, sürüşərək Adriana dəyib və nəticədə qolkiperin topuğu şişib.Bu barədə klubun baş məşqçisi Yurgen Klopp deyib.

Onun  Premyer Liqanın II turunda “Sauthempton”la qarşılaşmada iştirakı sual altındadır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43