Dünya futbolu

Azarkeşi vuran Neymarın cəzası açıqlandı

Fransa Futbol Federasiyas PSJ-nin ulduz futbolçuu Neymarın cəzasını açıqlayıb.

İdmanxeber.az-ın məlumatına görə, ölkə kubokunun finalında “Renn” komandası ilə matçda azarkeşi vuran 27 yaşlı braziliyalı hücumçu Federasiya tərəfindən 3 oyunluq cəzalandırılıb.

Qeyd edək ki, Neymar daha öncə Çempionlar Liqasının 1/8 finalında evdə İngiltərə “Mançester Yunayted”i ilə görüşdən (1:3)  sonra hakimi təhqir etdiyi üçün UEFA tərəfindən də 3 oyunluq cəzaya məruz qalıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43