20 Sentyabr 2020
Kateqoriyasız

Azarkeşlərimiz uzun marafona hazırdırmı?-Sorğu

Onlar komandalırından ümidlidirlər.

Artıq Topaz Premyer Liqası başlayır.  Hər klub yeni mövsümdə daha da iddialı olacağını,müəyyənləşdirdikləri hədəflərinə çatmaq istədiklərini bildirir.

Bəs klublarımızla yanaşı azarkeşlərimizdə vəziyyət necədi?  Bütün mövsüm boyu qar, yağış, isti demədən öz sevimli komandalarını qələbəyə səsləyən, onlara daim dəstək verən azarkeşlər yeni mövsüm üçün nələr fikirləşir? Onları sevindirən, narahat edən məsələlər hansılardır? Çempionluğa iddialı olan üç klubumuzun (“Neftçi”, “Qəbələ”, “Qarabağ”) fan-klublarının fikirlərini almaq, yeni mövsümdə komandalarından gözləntilərinin nə olduğunu bilmək üçün özlərinə müraciət etdik. Hər üç klubun azarkeş qrup rəhbərləri   gözləntilərinin yüksək olduğunu söylədi.

 

“Forza Neftçi” Azad Azarkeş Qrupunun rəhbəri Sübhan Əliyev yeni mövsümdə hər zaman olduğu kimi bu il də komandalarının yanında olacaqlarını bildirib:

“Biz “Neftçi”yik. Bizim  gözləntimiz hər zaman  çempionluqdur.  Azarkeş olaraq hər zaman futbolçulardan bir şeyi istəmişik. Geyindikləri formanın haqqını versinlər.  İllərdir layiq olmadığımız yerlərdə olduğumuz bəsdir. Bu il komandadan yalnız çempionluq tələb edirik. Baş məşqçimiz yeni olsa da, ona güvənirik. Yeni oyunçularımızın nə cür olduğunu tam deyə bilmərik. Onu zaman göstərəcək.Bizi yeganə narahat edən  məsələ Ruslan Abışovun zədəli olmasıdır.”

“Qəbələ” komandasının  “Red Black Army” azarkeş qrupunun rəhbəri Cavad Şərifli isə daha təmkinli danışıb. O, komandalarından Avroliqaya vəsiqə qazanmasını gözlədiklərini vurğulayıb:

“Bu il də istər ev, istər səfər qarşılaşmasında komandamızın yanında olacayıq.Onlardan uğurlu çıxış gözləyərək, Avroliqaya vəsiqə qazanmalarını istəyirik. Baş məşqçimiz  yeni olsa da, illərdir komandanın içərisindədir. Hər zaman istəyimiz çempionluq olub. Ancaq, ən güclü heyətimiz olarkən belə çempion ola bilməmişik. Bu il daha da çətin görünür. Yeni transferlər barəsində isə üç-dörd turdan sonra dəqiq nəsə demək olar.”

 

Son çempion “Qarabağ” komandasının “İmarət” Azad Azarkeş Qrupunun tribuna lideri olan Rüfət Muradi yeni mövsümdə özlərinin də məqsədləri olduğunu bildirib:

“Biz “Qarabağ”ı qarşılıqsız sevirik. Bizim üçün tabloda hesabın neçə olmasının fərqi yoxdu. Yeni mövsümdəki hədəfimiz sayımızı artıraraq, komandamıza daha güclü dəstək verməkdir. Bunun üçün əlimizdən gələn hər şeyi etməyə hazırııq. Azarkeş qrupu olaraq daha çox səfər qarşılaşmasına getmək istəyirik. İstəyərik ki, Lənkərana, Tovuza, Gəncəyə, Qusara yollanaq. Təbii ki, bu istəyimiz bu il gerçəkləşməyəcək. Ancaq ümid edirik ki, növbəti mövsümlərdə bu istəyimiz həyata keçəcək. BATE ilə oynayacağımız çətin bir oyun var. Biz ümidliyik.”Qarabağ”ın mərhələni keçəcəyinə inanırıq”.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

Millimizin Avropa çempionatı üçün heyəti açıqlandı

admin

“Qəbələ” Gürcüstanda darmadağın oldu

admin

Lars Olsen: “Meydana 3 xal üçün çıxacayıq”

admin