Kateqoriyasız

Azarkeşlər rəqib komandaya hücum çəkdi: AFFA-dan “Sabah”a sanksiya hədəsi

Azarkeşlər rəqib komandaya hücum çəkdi, "Sabah" sanksiya ilə hədələndi

U-15 Liqasının “Sabah” – “Binə” matçında xoşagəlməz hadisə yaşanıb.

İdmanxeber.az-ın məlumatına görə, oyunun gedişində qonaqların azarkeşləri meydana daxil olaraq rəqib komandaya hucum edib. Nəticədə oyun yarımçıq dayandırlıb. Bu səbəbdən AFFA İntizam Komitəsinin bugünki iclasında “Binə”yə 0:3 hesablı texniki məğlubiyyət verilib.

“Sabah”a isə təhlükəsizliyi tam təmin etmədiyi üçün ciddi xəbərdarlıq olunub. Bu hal yenidən təkrar olunacağı halda kluba qarşı sanksiya tətbiq olunacaq.

Bundan başqa, matçın 55-ci dəqiqəsində “Binə” klubunun futbolçusu Xəyal Ələkbərli ilə “Sabah”ın üzvü Əli Quliyev aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıblar. Hər iki oyunçu 4 matçlıq cəzalanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43