Dünya futbolu

Azarkeşlərdən İbrahimoviçə sərt etiraz – heykəlinə od vurdular -VİDEO

İsveçin “Hammarbü” klubunun səhmlərinin yarısını alan Zlatan İbrahimoviç ölkənin digər klubu “Malmö” azarkeşlərinin qəzəbinə tuş gəlib.

Fanatlar 38 yaşlı hücumçunun bu ilin oktyabr ayında açılışı olan heykəlinə qarşı vandallıq edib. Azarkeşlər heykəlin bir qoluna tualet qapağını, başına sellofan keçirib, od vurublar.

İbrahimoviç “Malmö” klubunun yetirməsidi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43