Dünyadan

Azarkeşlər final oyununa traktorla gəldilər

Fransanın “Qenqam” klubunun fanatları kubokun final matçında komandalarını dəstəkləmək üçün Parisə qədər traktorla gəliblər.

İdmanxeber.com-un məlumatına görə, “fermerler” adlandırılan klubun azarkeşləri yaşadıqları Qenqam əyalətindən, Parisə qədər traktorla gələrək, bu ada əbəs yerə layiq olmadıqlarını isbatlayıblar.

Qeyd edək ki, “Qenqam” Fransa kubokunun finalında “Renn”i iki cavabsız qolla məğlub edib – 2:0.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43