Premyer Liqa

Azarkeşlər “Qəbələ”ni ziyana saldı

AFFA İntizam Komitəsi Premyer Liqanın 20-ci turunda keçirilən oyunlarla bağlı cəzaları açıqlayıb.

İdmanxeber.com-un məlumatına görə, bu gün keçirilən iclasda aşağıdakı qərarlar qəbul olunub:

08 fevral 2014-cü il, 2013/2014 mövsümündə, XXII Topaz Premyer Liqasının XX turunun AZAL – “Sumqayıt” matçında AZAL klubunun 4 futbolçusu sarı vərəqə cəzalandığı üçün klub 1000 manat cərimə olunur.

08 fevral 2014-cü il, 2013/2014 mövsümündə, XXII Topaz Premyer Liqasının XX turunun “Qəbələ” – “Qarabağ” matçında “Qarabağ” klubunun 4 futbolçusu sarı vərəqə cəzalandığı üçün klub 1000 manat cərimə olunur.

Oyunun 80-ci dəqiqəsində “Qəbələ” klubunun azarkeşləri tərəfindən meydana kənar əşyalar atıldığı üçün klub 2000 manat cərimə olunur.

08 fevral 2014-cü il, 2013/2014 mövsümündə, XXII Topaz Premyer Liqasının XX turunun “Rəvan” – “İnter” matçında hər iki klubun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur.

Oyunun 44-cü dəqiqəsində “Rəvan” klubunun 19 №-li futbolçusu Hüseyn Axundov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43