Ölkə futbolu

Azarkeşlər “Xəzər Lənkəran”ın məskunlaşdığı otelə hücum çəkdilər: məsələyə polis müdaxiləsi, Dənizli özü gəlmədi, söz göndərdi – ÖZƏL

“Xəzər Lənkəran”ın “Caspian Ultras” qrupu baş məşqçi və futbolçuların qərarlaşdığı “Modern” otelə hücum çəkiblər.

İdmanxeber.com-a qrupun rəhbəri Ramal Novruzovun verdiyi məlumata görə, azarkeşlə alınan uğursuz nəticələrlə bağlı otel qarşısında Musafa Dənizli ilə görüşmək istədiklərini bildiriblər.

Lakin Dənizli “Caspian Ultras” fanlarının qarşısına çıxmayıb. Komandanın məşqçisi Oğuz Çətin azarkeşlər önünə çıxıb və az sonra Dənizlinin onlarla görüşəcəyini bildirib. Lakin bir müddət keçdikdən sonra Dənizli fanatların səsinə hay verməyincə, “Caspian Ultras” fəalları çalışıdırıcını bayıra çıxmayınca otağına basqın edəcəkləri ilə bağlı hədələyiblər. Lakin Oğuz Çətin Dənizlinin bugun mətbuat konfransı keçirdiyini və bu səbəbdən yorğun olduğunu bildirərək, onun sözlərinə azarkeşlərə çatdırıb:

“Dənizli sizinlə görüşəcək. Bu “Qarabağ”la matçdan sonra baş verəcək. Bir stol arxasında bu fanatlarla oturub, çay içib, müzakirə aparacağıq”.

Məsələdən agah olan otel rəhbərliyi yaxındakı polis şöbəsinə müraciət edib.  Polislər sözügedən məkana gəlsələr də, Oğuz Çətin heç bir problemin olmadığını bilirib. Bundan sonra “Caspian Ultras” fanatları “Modern” otelini tərk edərək, Dənizlini vədinə əməl edəcəyinə inandıqlarını bildiriblər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43