Müsahibə

“Azarkeşlərimizdən bir az səbrli olmasını istəyirəm” – MÜSAHİBƏ

“Simurq”un heyətində bu mövsüm rəqib hücumlarını dağıtmaq funksiyasını öz üzərinə götürən Patrik Osiako klubun rəsmi saytına müsahibə verib. Kenyalı yarımmüdafiəçi həm “Simurq”a gəlişi, həm Premyer Liqa barəsində, həmdə Azərbaycan haqqında verilən sualları cavablandırıb.

– Patrik, necə oldu ki, “Simurq”a gəlməyə razı oldunuz?

– “Simurq” Avstriyada təlim-məşq toplanışında olarkən mənə təklif göndərdi. Məndə gəldim rəhbərliklə, məşqçi ilə müəyyən şərtləri müzakirə elədim və bundan sonra komandaya gəlməyi qəbul etdim. İstəyirdim ki, Azərbaycan futbolunda da təcrübəm olsun. Bu səbəbdən də, “Simurq”da oynamağa razı oldum və seçimimi etdim.

– Artıq bir neçə vaxtır burdasız. Komanda sizdə hansı təəssüratlar yaradıb?

– Komandamdan çox razıyam. Mənimlə bərabər bu kollektivə yeni futbolçular qoşuldu. Tez bir zamanda bir-birimizə uyğunlaşa bildik. “Simurq” deyərdim ki, inkişaf etmək, irəliləmək üçün ambisiyalıdır, iddialı bir komandadır. Burda olmaq mənə çox xoşdur.

– Bura gəlməmişdən qabaq Azərbaycan futbolu haqqında nə cür məlumatlar yığa bilmişdiniz?

– Dostlarımdan biri bir vaxtlar burada olub. Ondan bir çox informasiya aldım. O, mənə dedi ki, Azərbaycanda hazırda futbol inkişafdadır. İdmana xüsusi diqqət var. İnsanlarıda çox yaxşıdırlar, mehribandır. Orada heç bir çətinliklə üzləşməyəcəmi bildirdi. Məndə bunlardan sonra Azərbaycan gəlməyə razı oldum və buna görədə peşman deyiləm.

– Azərbaycan çempionatı necə dəyərləndirərdiniz?

– Ümumiyyətlə hər hansı çempionatı qiymətləndirmək uzun vaxt tələb edir. Çünki hər şeyi addım-addım görürsən, qiymətləndirirsən. Bu da liqada iştirak edən futbolçuların səviyyəsindən, infrastrukturundan asılı olan bir şeydir. Hazırkı fikrim isə müsbətdir. Çünki Premyer Liqada bu dəqiqə hansısa komandanı zəif və ya güclü kimi qiymətləndirmək mümkün deyil. Hər bir klubun heyəti səviyyəli yerli və legioner futbolçulardan qurulub.

– Topaz Premyer Liqası sizin əvvəllər oynadığınız liqalardan nəyi ilə fərqlənir?

– Çox fərqliliklər var. Buna qədər Rumıniyada, İsveçdə, İsraildə karyeramı davam etdirmişəm. Deyərdim ki, Azərbaycanda futbol texniki baxımdan daha bacarıqlıdır. Burada futbola yanaşma tərzidə tamam fərqlidir. Meydanın hər bir nöqtəsində sona qədər gərgin mübarizə aparmasan məğlub olan tərəf sən olacaqsan. Buda daha çox fiziki güc tələb edir.

– Geridə qalan turları “Simurq” üçün necə dəyərləndirərdiniz?

– Sonda uğur əldə etmək istəyiriksə, başlanğıcı yaxşı eləməliydik. Buna deyərdim ki, qismən nail ola bilmişik. İstəyimizə doğru addım-addım yanaşmağa çalışırıq. Qarşıda bizi çempionatın ikinci dövrəsi gözləyir. İnanıram ki, tezliklə bundan sonrakı ev oyunlarımızı Zaqatala keçirdəcəyik. Çünki hər bir komandanı evində məğlub etmək çətindir. Biz isə son doqquz oyunu demək olar ki, səfərdə keçirmişik və bu nəticəyə nail olmuşuq. Geridə qalan oyunları bu baxımdan normal hesab edirəm. Düzdür Zaqatalada da, Bakıda da olsaq, fərqi yoxdur. Çünki hamısı Azərbaycandır. Biz isə peşəkarıqsa, hər yerdə oynamalıylıq və nəticə qazanmalıyıq.

– Komandaya uyğunlaşa bilmisinizsmi? Bununla bağlı hansısa çətinliklərlə üzləşmisiz?

– İlk günlər komandaya öyrəşməkdə həqiqətəndə çətinlik çəkdim. Çünki baş məşqçiyə özümü, bacarıqlarımı, necə oynadığımı sübut etməliydim. Ancaq hazırda hər şey qaydasındadır. Burada olmaq və oynamaq artıq mənüm üçün çətin deyil. Məncə hər oyunçu komandada öz yerini tutmalıdır. Bunun üçün isə vaxt lazımdır.

– “Simurq”da keçirilən məşq prossesi sizi razi salırmı?

– Düzü komandanın yeni mövsümə hazırlıq prossesinə gec qoşuldum. Məşqçilər korpusu artıq mən gələnə qədər sistemi qurmuşdu. Ancaq bir müddətdən sonra məşqlərdə bacarığımı sübut etdim, pozisiyama uyğun yenidən hazırlıq prossesi keçdim. Buda öz nəticəsin verdi. “Simurq”a işini çox yaxşı bilən və futbolçunu oyuna hazırlaşdıra bilən məqşçilər korpusu rəhbərlik edir. Təbii ki, hər məşqçinində iş prossesi fərqlidir.

– Millinin düşərgəsində olarkən komanda yoldaşlarınızın sizdən yeni klubun və Azərbaycan haqqında nələr soruşurdular?

– Millli komandada oynamaq hər bir futbolçu üçün fəxrdir. Buna görədə çox sevinirəm. Yığmanın düşərgəsində olarkən əsasən Azərbaycanın necə ölkə olduğunu, insanların xaricilərə qarşı münasibətləri ilə bağlı mənə çoxlu suallar ünvanladı. Mən isə ölkənizin gözəlliyi, inkişafı, insanların mehribanılığı haqqında onlara geniş məlumatlar verdim. Həmçinin “Simurq”la bağlı ilkin təəssüratlarımıda onlarla bölüşmüşdüm.

– Buradakı komanda yoldaşlarınla münasibətləriniz necədir? Ən çox kiminlə birlikdə vaxt keçirirsiniz?

– Ümumiyyətlə, mehriban və əyləncəli adamam. Ona görə də, insanlarla münasibət qurmaqda çətinlik çəkmirəm. Komanda yoldaşlarımla gələndən gözəl münasibət formalaşdırmışam. Yenə qeyd etmək istəyirəm ki, tam öyrəşmək vaxt tələb edir. İstirahət vaxlarında imkan tapdıqca birlikdə çıxıb şəhəri gəzirik, birlikdə əylənirik. Yerli futbolçuların əksəriyyətinin evə getdiyindən, daha çox legionerlərlə birlikdə oluram. Rauldur, Ballodur, Paveldir, Andersondur və digərləri ilə vaxtımızı səmərəli və gözəl keçirməyə çalışırıq.

– Azərkeşlər bu mövsüm “Simurq”dan çox şey gözləyir. Burdan onlara nə deyərdiniz?

– Bütün azarkeşlər ambisiyalı olur. Komandalarınıın daimə qələbə qazanmalarını istəyirlər. Təbii ki, məndə özümü peşəkar futbolçu hesab edirəm və harda oynamğımdan asılı olmayaraq, oyunumdan zövq almalıyam, razı qalmalıyam və qələbə qazanmaq arzusundayam. Azərkeşlərimiz bir az səbrli olmasını istəyirəm, çünki alışmaq vaxt alır. Onları inandırmaq istəyirəm ki, “Simurq” bu mövsüm çox yaxşı oynayacaq və sonda gözəl nəticə qazanacaq. Onlar komandalarının oyunundan zövq alacaqlar və birlikdə qələbələrimizi bayram edəcəyik. Məndə öz üzərimə düşən işin öhdəsindən layiqincə gəlməyə çalışacağam.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43