Ölkə futbolu

“Azarkeşlərimizin arasında özümü evimdəki kimi hiss edirəm”

“Qəbələ” hazırda çox yaxşı start yığıb. Maraqlı oyun olacaq. Bizim üçün rəqibin lider və ya autsayder olmasının fərqi yoxdur. Çıxıb öz oynumuzu oynayacayıq və çalışacağıq ki, bu görüşdə də qalib gələrək, yolumuza davam edək”. Bunu “Simurq”un futbolçusu Rəşad Eyyubov deyib.

21 yaşadək futbolçulardan ibarət millimizin üzvü “Simurq”un rəsmi saytına verdiyi müsahibədə sabah baş tutacaq “Qəbələ” oyun haqqında qısa fikirlərini bildirib. Gənc oyunçu həmçinin Zaqatala klubunun ev oyunlarını Bakıda keçirmələrinə də münasibət bildirib: “Başlanğıcda Bakıda qaldığımıza görə çox sevinirdim. Burda məşqdən sonra gəzməyə, boş vaxtını keçirməyə, istirahət etməyə çox yer var. Ancaq indi Zaqatalaya getməyi çox istəyirəm. Ora çox sakitdir. Stadion yanımızdadır. İstədiyin vaxt əlavə işlə məşğul ola bilirsən. Azarkeşlərimizin arasında özümü evimdəki kimi hiss edirəm”.

Qeyd edək ki, “Simurq” – “Qəbələ” görüşü “İnter”in ev oyunlarını keçirdiyi “Şəfa” stadionunda keçiriləcək. Bu qarşılaşma saat 18:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43