Ölkə futbolu

Azarkeşlərin səbirsizliklə gözlədiyi cavab bəllidi: Reynaldonun qırmızı vərəqəsi ləğv olundumu? – ÖZƏL

Çempionlar Liqasının III təsnifta mərhələsinin Avstriya "Zalsburq"u ilə ilk görüşündə qırmızı vərəqə alaraq, azarkeşləri üzən Reynaldoya edilən bu haqsızlıqla bağlı Ağdam təmsilçisi UEFA-ya müraciət etmişdi.

İdmanxeber.com-un etibarlı mənbədən əldə etdiyi məlumata görə, avqustun 6-da AAvstriyada baş tutacaq matçda braziliyalı futbolçu "Qarabağ"a kömək edə bilməyəcək. Buna səbəb UEFA-nın "Qarabağ"ın şikayətini geri çevirməsidi. Qurum ukraynalı hakimin Bakıda verdiyi qərarı haqlı sayıb və böyük ehtimalla bu məsələ yaxın günlərdə rəsmi formada açıqlanacaq.

Qeyd edək ki, "Zalsburq" – "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:30-da başlayacaq. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43