Ölkə futbolu

Azər Bağırov: “Bu oyuna bir növ yoxlama oyunu kimi baxırdıq”

“Uşaqlara özünüzü sınayın demişdim. Ki, elitaya yüksəlsək, görək nəyə qadirik? İlk hissə istədiyimiz kimi keçdi. İkinci 45 dəqiqədə gücümüz bitdi. Fərq də bundadı”.

İdmanxeber.com-un məlumatına görə, bu sözlər “Qaradağ Lökbatan”ın baş məşqçisi Azər Bağırova məxsusdu.

“Qaradağ Lökbatan” Azərbaycan kubokunun 1/8 final mərhələsində “İnter”ə məğlub olub – 5:1.

Oyundan sonra əməkdaşımızın suallarını cavablandıran Bağırov qış fasiləsində komandanı gücləndirmək istədiklərini deyib: “Qış fasiləsində heyəti gücləndirmək istəyirik. Bir neçə futbolçu ilə vidalaşacağıq. Bu oyuna bir növ yoxlama oyunu kimi baxırdıq. Məqsədimiz birinci divizionda yüksək pillədə qərarlaşmaqdı. İki aydı ki, bu komandadayam. Tədricən işlərimiz qaydasına düşür. Daha yaxşı nəticələr qazanmağa çalışacağıq”.

(futbol11.az)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43