İdman

Azərbaycan – Almaniya matçının biletləri satışa çıxarıldı

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində martın 26-da, saat 20:00-da, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan – Almaniya oyununun biletləri bu gündən etibarən satışa çıxarılıb.

İdmanxeber.com-un məlumatına görə, biletləri 28 Mall Ticarət Mərkəzində, Bakcell Müştəri Xidmətləri mərkəzində (metronun Sahil stansiyasının yaxınlığı), Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında və Park Bulvar ticarət mərkəzində əldə etmək mümkündür. Həmçinin biletlərin online satışı www.tickets.affa.az saytında da həyata keçirilir.

Biletlərin qiyməti aşağıda qeyd olunan kimidir:

VIP – 50 AZN

1-ci kateqoriya – 19 AZN

2-ci kateqoriya – 14 AZN

3-cü kateqoriya – 9 AZN

4-cü kateqoriya – 5 AZN

5-ci kateqoriya – 2 AZN


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43