Milli komanda

Azərbaycan – Almaniya oyununun hakimləri açıqlandı

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində martın 26-da keçiriləcək Azərbaycan – Almaniya matçını idarə edəcək hakimlər briqadası müəyyənləşib.

İdmanxeber.com-un məlumatına görə, Tofiq Bəhrəmov adına Respublika stadionunda baş tutacaq oyunun italiyalı baş hakimi Daniele Orsato olacaq. Ona həmyerliləri Mauro Tonolini və Rikardi Di Fiore kömək edəcək. Dördüncü hakim funksiyasını isə Marko Quida yerinə yetirəcək.

Qeyd edək ki, qarşılaşma saat 20:00-da keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43