İdman

Azərbaycan – Belarus oyununa nəçə bilet satılıb?

Bu gün milli komandamız yoxlama oyunu çərçivəsində Bakı Olimpiya Stadionunda Belarus yığması ilə qarşılaşacaq.

İdmanxeber.com-un məlumatına görə, qarşılaşmaya maraq bir o qədər də böyük deyil. 69700 azarkeş tutumuna malik BOSS-nun çox kiçik hissəsinin dolacağı gözlənilir. Belə ki, hazırda oyuna 6500 bilet satılıb. Qarşılaşma saatına kimi isə bu rəqəmin 10000 olması gözlənilir.

Qeyd edək ki, Azərbaycan – Belarus oyunun saat 20:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43