Ölkə futbolu

Azərbaycan biraz da irəlilədi

Çempionlar Liqasının 2-ci təsnifat raundunda keçirilən “Qarabağ” – “Düdelanj” (2:0) matçında əldə olunan nəticə ölkəmizin reytinq xalının daha da artmasına səbəb olub.

İdmanxeber.com-un məlumatına görə, xəbər verir ki, bu oyuna qədər 14.375 xalla 24-cü pillədə olan Azərbaycanın əmsalına daha 0.250 xal əlavə olunub.  

İndi ölkəmizin reytinq əmsalı 14.625-ə bərabərdir. Bizdən bir pillə irəlidə olan Şotlandiya klubları xalsız qaldığından aradakı fərq biraz da azalıb. Britaniyalıların xalı əvvəl olduğu kimi 15.300-dür. 

25-ci pillədəki izləyicimiz Kipr klubları da xal itirdiyindən ölkəmiz onlarla aradakı xal fərqini artırıb. Ada ölkəsinin əmsalı isə 14.125-dir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43