l Divizion

Azərbaycan çempionatında 3 oyunun vaxtı dəyişdirildi

Çimərlik futbolu üzrə milli komandanın toplanışına görə, futbol üzrə Azərbaycan I Divizionunun təqvimində dəyişiklik edilib. Belə ki, “Bakılı” və “Qaradağ Lökbatan” klublarının müraciətinə əsasən sözügedən klubların futbolçularının millinin toplanışına cəlb olunacağı nəzərə alınaraq, müəyyən dəyişiklik həyata keçirilib.

1. XIX turun “Rəvan” – “Bakılı” və “Energetik” – “Qaradağ Lökbatan” matçları 17 mart tarixindən 16 mart tarixinə keçirilib.

2. XX  turun “Bakılı” – “Qaradağ Lökbatan” oyunu 23 mart tarixindən 6 aprel tarixinə keçirilib.

3. XXI turun “Bakılı” – “Zirə” matçı 28 mart tarixindən 14 aprel tarixinə keçirilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43