İdman

Azərbaycan çempionatında XIX turun oyun cədvəli açıqlandı

Futzal üzrə Azərbaycan çempionatında XIX turun oyun cədvəli açıqlanıb. 

İdmanxeber.com-un məlumatına görə, Yüksək Liqada bu turda turnir cədvəlində qonşu pillələrdə qərarlaşan komandalar qarşılaşacaqlar.

 

Turun mərkəzi oyunu lider “Araz”la ən yaxın izləyicisi “Marafon Futsal” arasında baş tutacaq. Əzəli rəqiblər EKOL  və “Neftçi” İK də bu turda güclərini sınayacaqlar.

 

Maraqlı məqamlardan biri də “CBC Sport”un turun iki oyununu canlı yayımlanmasıdı. Bu, cari mövsümdə ilk belə hal olacaq.

 

Yüksək Liqa

XIX tur

 

6 mart

12:30. “Xəmsə” – “FK.İD.Futsal”

Bakı İdman Sarayı

 

14:30. EKOL – “Neftçi” İK (CBC Sport, canlı)

Bakı İdman Sarayı

 

16:30 “Araz” – “Marafon Futsal” (CBC Sport, canlı)

Bakı İdman Sarayı

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43