Kateqoriyasız

Azərbaycan daha bir medal qazandı

Bu gün “Bakı-2015” I Avropa Oyunlarında  gimnastika yarışlarında son yarış günüdü.

İdmanxeber.com-un məlumatına görə, kişilər arasında batut gimnastikası üzrə yarışların final mərhələsi başa çatıb.

Azərbaycan idmançısı Qrişunin İlya 58,765 xalla üçüncü olaraq bürünc medalı qazanıb. Bununla da o, Azərbaycan yığmasının aktivinə 34-cü medalı yazdırıb. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43