Ölkə futbolu

Azərbaycan – Ermənistan matçının harada keçiriləcəyi məlum oldu

19 yaşadək futbolçulardan ibarət milli komandamızın 2015-ci ildə təşkil olunacaq Avropa çempionatının ilkin seçmə mərhələsinin oyunlarını harda keçirəcəyinə aydınlıq gəlib.

IV qrupun oyunları Macarıstanda baş tutacaq. Görüşlər 2014-cü il dekabrın 10-dan 15-dək keçiriləcək.

Qeyd edək ki, millimizin qrupunda Slovakiya, Macarıstan və Ermənistan yığmaları yer alır.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43