Ölkə futbolu

Azərbaycan futbolunun canlı əfsanəsi “Kəpəz”in baş məşqçisi oldu

Azərbaycan futbolunun canlı əfsanələrindən biri, ölkənin ən titullu oyunçuları sırasında yer alan Vidadi Rzayevin işsiz günləri sona çatıb.

“Kəpəz”dən ayrıldıqdan sonra işsiz qalan Rzayev bu komandaya baş məşqçi kimi qayıdıb. Bu barədə ilk dəfə olaraq, Bu barədə Gəncə futbolunun kuratoru Mehman Allahverdiyev məlumat verib.

Allahverdiyev bildirib ki, Vidadi Rzayev artıq baş məşqçi kimi təsdiqlənib.

Qeyd edək ki, Rzayev bundan öncə “Kəpəz”, “Qəbələ”, “Karvan” kimi komandalarda çalışıb.

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43