08 Sentyabr 2024
Ölkə futbolu

Azərbaycan futbolunun reallıqı: 1000 manat ver, AZAL-da oyna!

Premyer Liqanın hal-hazırkı lideri AZAL-la bağlı maraqlı bir xəbər əldə etmişik.

Belə ki, "təyyarəçilər"ə hardasa 1 ay bundan öncə bir gənc futbolçu bu komandada çıxış etmək üçün müraciət edib. Adının açıqlanmamasını istəyən 17 yaşlı futbolçu AZAL-a müraciət etməsinə peşman olub. Klub baxışdan belə keçirtmədiyi gənc futbolçudan təxmini 1000 manata yaxın pul tələb edib. Qısacası pul müqabilində onu komandaya götürəcəklərini deyiblər. Belə olan halda həmin futbolçu onların istədiyi pulu verə bilməyəcəyini bildirib. 

Düzdü sonradan həmin futbolçu baxışdan keçib və bəyənilməyərək geriyə göndərilib. Ancaq məsələ burasındadır ki, niyə klub öncədən baxışdan keçirtmədiyi, oyununu izləmədiyi futbolçudan pul tələb edib? Ümumiyyətlə AZAL bu klubda çıxış etmək istəyən futbolçuların arzusunu beləmi reallaşdırır? 

Məsələylə bağlı klubdan münasibət öyrənməyə çalışacağıq. 

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43