Kateqoriyasız

Azərbaycan Gürcüstanla bərabərə qaldı

21 yaşadək qızlardan ibarət Azərbaycan millisi bu gün növbəti yoldaşlıq matçına çıxıb.

İdmanxeber.com-un məlumatına görə, millimiz ikinci dəfə gürcüstanlı həmyaşıdları ilə qarşılaşıb. İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda keçirilən oyun 1:1 hesabı ilə başa çatıb.

Qeyd edək ki, millimiz mayın 26-ı Gürcüstanla ilk yoldaşlıq görüşündə 0:1 hesabı ilə uduzmuşdu.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43