İdman

Azərbaycan ilk medalını qazandı

Azərbaycan millisi Hollandiyanın paytaxtı Amsterdamda keçirilən atletika üzrə Avropa çempionatında ilk medalını qazanıb.

İdmanxeber.com-un apasport.az saytına istinadən verdiyi məlumata görə, qadınların çəkicatma yarışlarında ölkəmizi təmsil edən Anna Skidan uğurla çıxış edib.

 24 yaşlı atletimiz Avropa çempionatını 3-cü yerdə başa vurub. Bürünc medal qazana Skidan 3-cü cəhdində 73,83 m nəticə göstərib.

 O, yarışın qalibi polşalı Anita Vlodarçikdən 4,31 m, gümüş qazanan almaniyalı Betti Heydlerdeən 1,94 m geri qalıb.

 Qeyd edək ki, Skidan Rio-2016-da da ölkəmizi təmsil edəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43