Ölkə futbolu

Azərbaycan İsrailə biraz da yaxınlaşdı

UEFA-nın reytinq siyahısı açıqlanıb. 

İdmanxeber.com-un məlumatına görə, avrokubokların pley-off mərhələsindən sonra açıqlanan cədvəldə bəzi dəyişikliklər olub.

 

Belə ki, Avropa Liqasının son 22 görüşündən sonra sıralamada 3 yerdəyişmə qeydə alınıb. 

“Qəbələ”nin Sloveniya “Maribor”una 0:1 hesablı məğlubiyyəti xal gətirməsə də, İsveç “Qöteborq”unu 3 cavabsız qolla yenən “Qarabağ” aktivimizə 0,250 xal əlavə edib.

 

Bununla, cari mövsüm toplanan xalımız 3,000-a çatıb. Mövsümün qazancının 1,375-i “Qəbələ”nin hesabındadısa, “Qarabağ” 0,875 xal əldə edib. Artıq mübarizəni dayandıran “Neftçi” və “Kəpəz” hərəyə 0,375 xal qazanıb.

 

5 mövsümün nəticələrinə görə hesabını 16,500-ə çatdırsaq da, 25-ci pillədə qalmışıq. Lakin 24-cü olan İsrailə fərq 0,125-ə qədər azalıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43