"Qarabağ"ın Çempionlar Liqasında "Düdelanj" səddini keçməsinin ardından Azərbaycan futbolunda daha bir tarixi uğura imza atılıb.
İdmanxeber.com-un məlumatına görə, avrokuboklar tarixində ilk dəfə olaraq yarışa qatılan bütün komandalarımız mərhələ adlamağı bacarıb.
2016/17 mövsümündə Çempionlar Liqasında çıxış edən “Qarabağ” da, Avropa Liqasındakı təmsilçilərimiz “Qəbələ”, “Neftçi” və “Kəpəz” də 1 rəqibini keçib. Sonuncular mübarizəni dayandırsa da, digərləri daha irəli gedə də bilər.
Avrokuboklarda 1994-cü ildə debüt edən klublarımız indiyədək belə nailiyyətə həsrət idi. Son 4 ildə hər dəfə yalnız 3 komandamız azarkeşlərini sevindirirdi.