Dünyadan

Azərbaycan klubu Çempionlar Liqasında tarix yazdı (VİDEO)

Cənubi Azərbaycanın “Traktorsazi” klubuAsiya Çempionlar Liqasının qrup mərhələsində növbəti oyununu keçirib.

İdmanxeber.com-un məlumatına görə, Təbriz klubu səfərdə Səudiyyə Ərəbistanının “Əl Hilal” klubuyla qarşılaşıb.

İlk hissəsi qolsuz başa çatan matçın ikinci yarısında 2 dəfə rəqib qapısına yol tapan təbrizlilər qrupun 5-ci oyununda da qələbə qazanaraq sona bir tur qalmış qrup liderliyini təmin edib. Bununla da, komanda tarixində ilk dəfə Çempionlar Liqasının 1/8 final mərhələsinə vəsiqə qazanıb. Asiya Çempionlar Liqası, 5-ci tur

C qrupu

“Əl Hilal” – “Traktorsazi” 0:2

Qol: Nonq, 66. Hatami, 82.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43