Kateqoriyasız

Azərbaycan kuboku: 1/4 finalın iki oyunu canlı yayımda

Azərbaycan kubokunun 1/4 final mərhələsinin iki oyunu canlı yayımlanacaq.

İdmanxeber.com-un PFL-in saytına istinadən yaydığı xəbərə görə,   “İnter” – “Rəvan”, “Neftçi” – “Xəzər Lənkəran” cavab matçları CBC Sport telekanalı vasitəsi ilə birbaşa nümayiş olunacaq.

Qeyd edək ki, sözügedən qarşılaşmalar martın 9-u keçiriləcək.

9 mart (çərşənbə)

“İnter” – “Rəvan”

“İnter Arena”, 14:00 (canlı/CBC sport)

“Neftçi” – “Xəzər Lənkəran”

“Bakcell Arena”, 17:30 (canlı/CBC sport)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43