Ölkə futbolu

Azərbaycan kuboku: 1/8 final rəqəmlərin gözü ilə

Bu həftə Azərbaycan kuboku uğrunda yarışların 1/8 final mərhələsinin oyunları keçiriləcək.Qarşılaşacaq 8 cütdən 5-də rəqiblər ilk dəfə üz-üzə gələcək.

Digər 3 cüt isə əvvəllər də qarşılaşıb. Azərbaycan kubokunu ən çox qazanan 2 klub – “Neftçi” və “”Kəpəz” isə artıq 12-ci dəfə görüşəcək. Bu cüt yarışın tarixində ən çox təsadüf olunan 2-ci dueldi. Yalnız “Neftçi” – “Qarabağ” qarşıdurması daha çox – 17 dəfə baş tutub.

Azərbaycan kuboku, 1/8 final

4 dekabr

5. “İnter” – “Şuşa”

+1=0-0, top fərqi 4-1

3 il əvvəl baş tutan qarşılaşmada “İnter” asan qələbə qazanmışdı. Premyer Liqa təmsilçisi böyük hesabla məğlub etdiyi aşağı dəstə klubu ilə bu dəfə öz meydanında qarşılaşacaq.

2010/11

1/8 final

Şuşa – İnter  (Bakı)

1:4

6. “Neftçi” – “Kəpəz”

+5=2-4, top fərqi 14-10

Son 5 matçdan 4-də qalib gələn “Neftçi” baş tutan 11 qarşılaşmada cüzi üstünlüyə malikdi. Bakılılar 6 dueldən 4-də mərhələ adlamağı bacarıb.

1995/96

1/4 final

Kəpəz (Gəncə) – Neftçi (Bakı)

1:0, 0:2

1997/98

1/2 final

Neftçi (Bakı) – Kəpəz (Gəncə)

1:2, 1:2

1999/2000

1/2 final

Kəpəz (Gəncə) – Neftçi (Bakı)

1:0, 0:0

2000/01

1/4 final

Neftçi (Bakı) – Kəpəz (Gəncə)

1:0, 3:1

2010/11

1/8 final

Gəncə – Neftçi (Bakı)

1:3

2011/12

1/4 final

Kəpəz (Gəncə) – Neftçi (Bakı)

1:2, 1:1

7. “Qaradağ Lökbatan” – “Rəvan”

İndiyədək görüşməyiblər

8. “Bakı” – “Sumqayıt”

+1=0-0, top fərqi 3-1

Bir il əvvəl elə eyni mərhələdə qarşılaşan komandalar yenidən 1/8 finalda görüşəcək. Bu dəfə də meydan sahibi olacaq paytaxtın eyniadlı təmsilçisi ötən mövsümdə rəqibini məğlub etmişdi.

2012/13

1/8 final

Bakı – Sumqayıt

3:1

9. “Mil-Muğan” – “Qəbələ”

İndiyədək görüşməyiblər

10. “Qarabağ” – AZAL

İndiyədək görüşməyiblər

11. “Araz Naxçıvan” – “Simurq”

İndiyədək görüşməyiblər

12. “Xəzər Lənkəran” – “Neftçala”

İndiyədək görüşməyiblər


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43