Ölkə futbolu

Azərbaycan kubokunda 16-cı

AZAL Azərbaycan kubokunda iki yubiley qeyd edib.

İdmanxeber.com-un məlumatına görə, bunlar 1/8 finalın “Rəvan”la matçında rəsmiləşib. Paytaxt derbisində 4:0 hesablı qələbə qazanan “təyyarəçilər” öz meydanında 10-cu dəfə qalib gəlib. Bu, 21-ci matçda baş verib. Bunadək evdə 9 qələbə qazanıb, 4 heç-heçə edib, 7 dəfə uduzan komanda “Rəvan”la görüşdə yubiley qolunu da vurub. 1/8 finaladək 26 qol vurub, 16-nı buraxan AZAL-ın bu matçda rəqib qapısından keçirdiyi son top 30-cu olub. Yubiley qoluna David Canelidze imza atıb.

AZAL ölkə kubokunda evdə 10 və daha çox qələbə qazanan 16-cı komanda olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43