Ölkə futbolu

Azərbaycan kubokunda finalın püşkü atıldı

Azərbaycan kubokunun final görüşünün püşkatma mərasimi keçirilib.

İdmanxeber.com-un  məlumatına görə, mərasimdə Peşəkar Futbol Liqasının, eləcə də “Qarabağ” və “Qəbələ” klublarının nümayəndəsi iştirak ediblər. “Qarabağ” Şahid Həsənov, “Qəbələ” isə Səbuhi Səfiyarlı ilə təmsil olunub. Püşkatmaya əsasən “Qarabağ” nominal meydan sahibi olub.

Qeyd edək ki, Azərbaycan Kubokunun final oyunu 5 may tarixində Naxçıvan şəhər stadionunda keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43