İdman

Azərbaycan kubokunda görüşlərin başlama saatları açıqlandı

Azərbaycan Kubokunda yarımfinal mərhələsinin oyunlarının başlama saatı açıqlanıb.

İdmanxeber.com-un məlumatına görə, aprelin 12-də “İnter Arena”da keçiriləcək “Keşlə” – “Sumqayıt” görüşü saat 16:00-da start götürəcək.

Yarımfinal mərhələsinin digər oyununda isə “Qəbələ” və “Neftçi” komandaları elə həmin gün, saat 18:00-da Qəbələ şəhər stadionunda üz-üzə gələcəklər.

Qeyd edək ki, hər iki oyun “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43