Ölkə futbolu

Azərbaycan kubokunun finalında nominal ev sahibi müəyyənləşdi

Mayın 22-də  keçiriləcək Azərbaycan kubokunun final oyununda nominal ev sahibi olacaq komanda müəyyənləşib.

İdmanxeber.com-un məlumatına görə, Peşəkar Futbol Liqasında “Neftçi” və “Qəbələ” klublarının nümayəndələrinin iştirakı ilə keçirilmiş püşkatmaya əsasən, “Qəbələ” klubu Azərbaycan kubokunun final oyununda nominal ev sahibi olacaq.

Azərbaycan kubokunun final oyunu

22 may 2014-cü il (cümə axşamı)

“Qəbələ” – “Neftçi”

Tofiq Bəhramov adına Respublika stadionu


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43