Milli komanda

Azərbaycan – Malta matçı xarici telekanallarının diqqət mərkəzində: Oyunu yayımlayacaq TV-lər

AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində martın 28-də Malta ilə qarşılaşacaq Azərbaycan milli komandasının bu oyunu bir neçə kanalda canlı yayımlanacaq.

İdmanxeber.com-un məlumatına görə, Tofiq Bəhrəmov adına Respublika stadionunda baş tutacaq oyunu ölkəmizdə İctimai TV canlı yayımlayacaq. 

Rusiyanın "Сетанта Спорт+" kanalı da qarşılaşmanı canlı yayımla azarkeşlərinə təqdim edəcək.

Bundan başqa Rusiyanın digər telekanalı – SPORT da Azərbaycan – Malta matçını azarkeşlərinə təqdim edəcək. Ancaq kanal 21:00-da başlayacaq matçı axşam Bakı vaxtı ilə saat 01:40-da videoyazı şəkilində azarkeşlərinə nümayiş etdirəcək. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43