Milli komanda

Azərbaycan – Malta matçını izləmək üçün iki fərqli ölkədən “casus” gəlir

“Avro-2016″nın seçmə mərhələsində martın 28-də, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan – Malta oyununu millimizlə eyni qrupda mübarizə aparan İtaliya və Norveç yığmalarının nümayəndələri də izləyəcək.

İdmanxeber.com-un  AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, millimizin oyununu izləmək üçün İtaliyadan Françeska Rokka, Norveçdən isə Rudi Petter Bakıya gələcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43